Bakı. Trend:
Səhər saatlarında Kamçatkada Klyuçevskaya Sopka vulkanı havaya kül-toz püskürüb.
Trend-in məlumatına görə, vulkanda oyanış barədə Rusiya Geofizika Xidmətinin Kamçatka filialı xəbər yayıb.
Fövqəladə Hallar Xidməti yaxınlıqdakı yaşayış məntəqələri üçün heç bir təhlükə olmadığını qeyd edib. Belə ki, havaya sovrulan külün ətrafa dağılma həcmi böyük olmayıb.
Qeyd edək ki, Avrasiyanın aktiv olan bu vulkanı 4750 metr hündürlükdə yerləşir.