...

Deputatın oğlu restoranların birində döyüldü

Hadisə Materials 14 May 2018 11:55 (UTC +04:00)
Ukrayna Ali Radasının deputatı Nestor Şufriçin oğlu Aleksandr Kiyevdə döyülüb.
Deputatın oğlu restoranların birində döyüldü

Trend-i buradan izləyin

Bakı. Trend:

Ukrayna Ali Radasının deputatı Nestor Şufriçin oğlu Aleksandr Kiyevdə döyülüb.

Trend-in məlumatına görə, hadisə ötən gecə paytaxtda yerləşən restornların birində baş verib.

Müxalifət fraksiyasından olan millət vəkilinin oğlu hazırda xəstəxanadadır. Aleksandr baş və bədənin müxtəlif nayihələrindən xəsarət alıb.

Deputat oğlu bildirib ki, onu döyənlər özlərini polis kimi təqdim edib.

Hadisə ilə bağlı iki şübhəli şəxs saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti