...

Metroda oğlan özünü qatar yoluna atıb, relslərin üstündə oturdu...

Hadisə Materials 24 May 2018 10:25 (UTC +04:00)
Bakıda metroda növbəti indsident baş verib.
Metroda oğlan özünü qatar yoluna atıb, relslərin üstündə oturdu...

Bakı. Samir Əli - Trend:

Bakıda metroda növbəti insident baş verib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə bu gün saat 09:25-də "Koroğlu" stansiyasında baş verib.

Onun sözlərinə görə, stansiyada olan gənc oğlan özünü qatar yoluna ataraq relslərin üzərində oturub. Metropoliten əməkdaşları dərhal "Həzi-Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatarın maşinistinə bu barədə xəbər verib və xətdən gərginlik ayrılaraq oğlan relslərin üzərindən çıxarılaraq polisə təhvil verilib.

Qatarların hərəkətində bir-neçə dəqiqəlik gecikmə olsa da, hazırda qatarların hərəkəti normal qaydada davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti