Bakı. Trend:
Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.
Trend-in məlumatına görə, partlayış Daxili İşlər Nazirliyinin binasının yaxınlığında baş verib.
Qeyd olunur ki, partlayışdan sonra atışma başlayıb. Ölən və yaralananlar barədə hələ məlumat yoxdur.
Hadisənin təfərrüatları bildirilməyib.