...

Mikrorayonda avtomobildən oğurluq edənlər tutulub

Hadisə Materials 31 May 2018 12:45 (UTC +04:00)
“102-Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub.
Mikrorayonda avtomobildən oğurluq edənlər tutulub

Bakı. Trend:

“102-Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla mayın 26-dan 29-dək olan müddətdə A.Məhərrəmov küçəsində Ramiz Ramazanova məxsus “Volkswagen” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə mobil telefon, içərisində geyim və ərzaq məhsulları olan 2 ədəd çantanın oğurlandığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfəri qısa müddətdə müəyyən edərək saxlayıblar.

Araşdırmalarla onların Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Muxtarov və Abşeron rayon sakini Məhərrəm Süleymanov olduqları məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti