...

Sabirabadda evdən 5 min manat pul oğurlayan şəxs tutulub

Hadisə Materials 31 May 2018 12:39 (UTC +04:00)
Sabirabadda evdən 5 min manat pul oğurlayan şəxs tutulub
Sabirabadda evdən 5 min manat pul oğurlayan şəxs tutulub

Bakı. Trend:

Sabirabadda evdən 5 min manat pul oğurlayan şəxs tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, mayın 30-da Sabirabad Rayon Polis Şöbəsinə cari ilin aprel ayından may ayının 29-dək olan müddətdə Nərimankənd kəndindəki evlərin birindən ümumilikdə 5000 manat pulunun oğurlandığı barədə müraciət daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində şübhələr ev sahibinin nəvəsinin üzərində cəmlənib və o, saxlanılıb. Törətdiyi cinayət əməlini etiraf edən babasının adaşı olan Bəxtiyarın həmin məbləği ayrı-ayrı vaxtlarda oğurladığı müəyyən edilib. Axırıncı dəfə oğurladığı 300 manat maddi sübut kimi polis əməkdaşları tərəfindən ondan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti