...

FHN Yasamalda çoxmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 31 May 2018 14:26 (UTC +04:00)
Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 108 kv.m olan 2 otaqlı mənzilin mətbəxində mebel 6 kv.m sahədə yanıb.
FHN Yasamalda çoxmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb

Bakı. Trend:

Bu gün paytaxtın Yasamal rayonunda çoxmərtəbəli binada yanğın baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, Yasamalda çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 108 kv.m olan 2 otaqlı mənzilin mətbəxində mebel 6 kv.m sahədə yanıb.

Yüksək temperaturdan 1 ədəd məişət avadanlığı əriyib. Hadisə zamanı 37 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti