...

FHN Bakıda tikinti materialları bazarı və restoranda baş vermiş yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 19 İyun 2018 14:04 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda tikinti materialları bazarı və restoranda baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN Bakıda tikinti materialları bazarı və restoranda baş vermiş yanğınla bağlı məlumat yayıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda tikinti materialları bazarı və restoranda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1100 kv.m olan ikimərtəbəli müxtəlif təyinatlı tikinti materialları mağazalarının dam örtüyünün yanar konstruksiyaları (içərisində olan tikinti materialları ilə birlikdə) və 720 kv.m sahədə açıq əraziyə yığılmış tikinti materialları yanıb.

Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Digər məlumata əsasən Binəqədi rayonunda ümumi sahəsi 700 kv.m olan (hər mərtəbəsi 350 kv.m, 1-ci mərtəbəsi müxtəlif təyinatlı obyektlər) 2-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət “NANƏLİ” restoranının yanar konstruksiyaları və içərisində olan əşyalar 198 kv.m sahədə yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti