...

Sumqayıtda oğlu tərəfindən öldürülən atanın meyiti çimərlikdə tapılıb

Hadisə Materials 28 İyun 2018 12:07 (UTC +04:00)
Sumqayıt şəhər dəniz çimərliyində Corat qəsəbə sakini Elşən İsgəndərovun meyit tapılıb
Sumqayıtda oğlu tərəfindən öldürülən atanın meyiti çimərlikdə tapılıb

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş verən qətllə bağlı məlumat yayıb.

DİN-dən Trend-ə verilən məlumata görə, iyunun 27-də saat 6 radələrində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsinin dəniz çimərliyində meyit tapılması barədə daxil olmuş məlumatla əlaqədar Sumqayıt şəhər polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun Corat qəsəbə sakini Elşən İsgəndərov olduğu müəyyən edilib.

Araşdırmalarla iyunun 26-da saat 20 radələrində Kimyaçılar qəsəbəsinin dəniz çimərliyində E.İsgəndərovla oğlu İsmayıl arasında baş vermiş münaqişə zəminində sonuncunun onu bıçaqlaması və suda boğması müəyyən edilib.

Görülmüş tədbirlərlə İsmayıl saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti