...

Masazırda 2 mərtəbəli 6 otaqlı ev yanıb

Hadisə Materials 9 İyul 2018 09:13 (UTC +04:00)
Abşeron rayonunda səhər saatlarında yanğın faktı qeydə alınıb.
Masazırda 2 mərtəbəli 6 otaqlı ev yanıb

Bakı. Trend:

Abşeron rayonunda səhər saatlarında yanğın faktı qeydə alınıb.

Trend-ə FHN-dən verilən məlumata görə, rayonun Masazır kəndində ikimərtəbəli 6 otaqlı evə bitişik ümumi sahəsi 90 m² olan talvarın yanar konstruksiyaları, altına yığılmış mətbəx mebeli 5 m² sahədə və evin pəncərə çərçivəsi 2 m² sahədə yanıb. Məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı hamamın plastik qapısı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti