...

Rusiyada “qırmızı yağış” yağdı

Hadisə Materials 13 İyul 2018 13:44 (UTC +04:00)
Rusiyanın Norilsk şəhərində “qırmızı yağış” yağıb
Rusiyada “qırmızı yağış” yağdı

Bakı. Trend:

Rusiyanın Norilsk şəhərində “qırmızı yağış” yağıb.

Trend-in məlumatına görə, yağışın səbəbi kimi bölgədə yerləşən metallurgiya zavodunun borularının tərkibi göstərilib.

Qeyd olunur ki, səbəblərdən biri kimi həmçinin bir müddət əvvəl zavodun damının təmir olunması da göstərilib. Məlumata əsasən damdan yığışdırılan material külək nəticəsində havaya dağılıb və yerdə qırmızı gölməçələr yaranıb.

Bu hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti