İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 31 İyul 2018 11:42 (UTC +04:00)

Bakı. Trend:

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

DGK-dan Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı zərurət yarandığı üçün onun daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, saxlanılan şəxsin düz bağırsağında narkotik vasitələr - 1 bükümdə xalis çəkisi 0,5 qram olan heroin, 1 bükümdə isə xalis çəkisi 4,368 qram olan qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti