...

İsmayıllıda maşın dərəyə aşdı - Ölən var

Hadisə Materials 6 Avqust 2018 17:55 (UTC +04:00)
İsmayıllı rayonunun İvanovka kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
İsmayıllıda maşın dərəyə aşdı - Ölən var

Bakı. Trend:

İsmayıllı rayonunun İvanovka kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 5-də saat 18 radələrində İsmayıllı rayonunun İvanovka kəndi ərazisində kənd sakini Vasiliy Kazakov idarə etdiyi “UAZ-69” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə V.Kazakovun sərnişinlərindən həmkəndlisi Vladimir Skokov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti