...

Astarada mağaza yandı, ərzaq kül oldu

Hadisə Materials 16 Avqust 2018 10:52 (UTC +04:00)

Bakı. Trend:

Astarada mağazada yanğın baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, Şiyəkəran kəndində ümumi sahəsi 500 m² olan ikimərtəbəli tikilinin (mağaza kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsində divara quraşdırılmış elektrik lövhəsi və 5 m² sahəyə yığılmış ərzaq malları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti