...

İstanbulda meşə yanır

Hadisə Materials 27 Avqust 2018 17:19 (UTC +04:00)
İstanbulun Asiya hissəsində, Beykoz rayonunda meşə sahəsində yanğın başlayıb.
İstanbulda meşə yanır

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulun Asiya hissəsində, Beykoz rayonunda meşə sahəsində yanğın başlayıb.

Trend-in məlumatına görə, əraziyə yanğınsöndürmə briqadaları və iki vertolyot cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısı alınıb.

Hadisənin səbəbi hələ açıqlanmır.

Qeyd edək ki, bundan əvvəl - iyulun 3-də də İstanbul ətrafında meşə zolağında yanğın olmuşdu.

Türkiyə ərazisinin 27,6 faizini meşə sahəsi təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti