...

Qusarda 51 yaşlı qadın 20 günə yaxındır itkin düşüb (FOTO)

Hadisə Materials 29 Avqust 2018 12:48 (UTC +04:00)
Jalə Bədəlova avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb
Qusarda 51 yaşlı qadın 20 günə yaxındır itkin düşüb (FOTO)

Bakı. Trend:

Qusarda itkin düşən 51 yaşlı qadın axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Jalə Bədəlova avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Jalə Bədəlovanın əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və (055)265-55-51; (070) 211-19-78 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti