...

Siyəzəndə dənizdə meyit aşkarlanıb

Hadisə Materials 29 Avqust 2018 20:10 (UTC +04:00)
Siyəzəndə dənizdə 54 yaşlı kişi meyiti aşkarlanıb.
Siyəzəndə dənizdə meyit aşkarlanıb

Bakı. Trend:

Siyəzəndə dənizdə 54 yaşlı kişi meyiti aşkarlanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 500 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin meyiti aşkar edilib.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1964-cü il təvəllüdlü Ələsgərov Fərəməz Əsgər oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti