...

Yanacaq çənində xeyli sayda fişəng və pirotexniki vasitə aşkarlandı (FOTO)

Hadisə Materials 7 Sentyabr 2018 12:34 (UTC +04:00)
Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21214" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.
Yanacaq çənində xeyli sayda fişəng və pirotexniki vasitə aşkarlandı (FOTO)

Bakı. Trend:

Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21214" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

DGK-dan Trend-ə verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin yanacaq çəninin içərisində 360 ədəd "Sterminator" markalı fişəng, 5700 ədəd "Cock Crowinq At Dawn" markalı pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti