...

Prokuror Aqrolizinq rəhbərinin atasının evini qarət edənlərə cəza istəyib

Hadisə Materials 20 Sentyabr 2018 15:16 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.
Prokuror Aqrolizinq rəhbərinin atasının evini qarət edənlərə cəza istəyib

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılovun cinayət işi üzrə məhkəmə davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxslərə iş istəyib.

Dövlət ittihamçısı E.Şirinovun 8 il 6 ay, V.İbrahimovun 9 il, digərlərinin hər birinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses sentyabrın 28-də davam edəcək.

İttiham aktına əsasən, Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılov Bakı şəhər Nəsimi rayonu ərazisində yerləşən evlərdən oğurluq etməkdə təqsirli bilinirlər. Onlar Aydın Mövlayevin qızıl-zinət əşyaları da daxil olmaqla ümumilikdə 51 min manat, İlham Həsənovla Türkan İbadovanın 9470 manat, Gülbikə Əhmədovanın 6890 manat, İqbal Xəlilovun 3850 manat, Rauf Əliyevin 5300 manat və Nərgiz Abdullayevanın isə 2050 manat pulunu oğurlayıb.

Daha sonra həbs edilən şəxslər barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmədə elan olunmuş ittiham üzrə V.İbrahimovla E.Şirinov özlərini qismən, digər iki şəxs - V.Həsənovla Y.İsmayılov isə özlərini təqsirli bildiklərini deyib.

Xatırladaq ki, A.Mövlayev Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" ASC-nin rəhbəri Seymur Mövlayevin atasıdır. S.Mövlayev bu il may ayının əvvəlində nazir İnam Kərimovun əmri ilə "Aqrolizinq" ASC-yə sədr təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti