...

Kürdəmirdə icazəsiz ova cəhd edən şəxs saxlanılıb

Hadisə Materials 28 Sentyabr 2018 09:24 (UTC +04:00)
Kürdəmir rayonu Pirili kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb
Kürdəmirdə icazəsiz ova cəhd edən şəxs  saxlanılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir rayonu Pirili kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb. Ondan ov tüfəngi götürülüb.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Araşdırma zamanı brakonyerin Pirili kənd sakini Şakir Hüseynov olduğu məlum olub. Faktla bağlı Ş.Hüseynov barəsində protokol tərtib olunub və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti