...

Bakıda evdən 5 min manatlıq qızıl əşyalar oğurlayan şəxs tutulub

Hadisə Materials 6 Oktyabr 2018 15:01 (UTC +04:00)
Səbail rayonu ərazisindəki evlərin birindən 450 manat oğurlamaqda şübhəli bilinən S.Muxtarov saxlanılıb
Bakıda evdən 5 min manatlıq qızıl əşyalar oğurlayan şəxs tutulub

Bakı. Trend:

Bakıda evdən 5 min manatlıq qızıl əşyalar oğurlayan şəxs tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 4-də rayon ərazisindəki evlərin birindən 450 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Sübhan Muxtarov saxlanılıb.

Araşdırmalar zamanı S.Muxtarovun əlavə olaraq 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti