...

Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb

Hadisə Materials 10 Oktyabr 2018 15:51 (UTC +04:00)
Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb
Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb

Bakı. Trend:

Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini E.Nəsirovun “London-Taxi” markalı avtomobilindən 70 manat, H.Babaşov küçəsində isə R.Kərimovun “Mercedes” markalı avtomobilindən 600 manat oğurlanması barədə Binəqədi rayon Polis idarəsinin 7-ci polis bölməsinə müraciətlər daxil olub.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Abşeron rayon sakini olan bir yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi rayon Polis idarəsi 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə M.Fərəcullayevin “İsuzu” markalı avtomobilindən 120 manat oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Polad Bayramov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti