...

Kölndə aptekdə insanları girov saxlayan şəxs zərərsizləşdirildi (YENİLƏNİB)

Hadisə Materials 15 Oktyabr 2018 17:46 (UTC +04:00)
Kölndə dəmiryolu vağzalında insanlar naməlum şəxs tərəfindən girov götürülüb.
Kölndə aptekdə insanları girov saxlayan şəxs zərərsizləşdirildi (YENİLƏNİB)

İlk xəbər saat 16:36-da yayımlanıb

Bakı. Trend:

Kölndə dəmiryolu vağzalında aptekdə insanları girov saxlayan şəxs saxlanılıb. Trend-in məlumatına görə, bu barədə əməliyyatda iştirak edən polislər bildirib.

Məlumata görə, girovları saxlayan şəxslə bərabər daha 1 nəfər saxlanılıb. Vağzalın ərazisi isə hələ də polislər tərəfindən nəzarətdədir.

X X X

Kölndə dəmiryolu vağzalında insanlar naməlum şəxs tərəfindən girov götürülüb.

Trend-in məlumatına görə, polis girovların aptekdə saxlanıldıqlarını qeyd edib.

Bundan öncə isə orada atəş səsləri eşidildiyi deyilir.

Hazırda vağzal binasının təxliyə edildiyi, ərazinin nəzarətə götürüldüyü bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti