...

Gəncədə qazıntılar zamanı silah-sursat tapılıb

Hadisə Materials 13 Noyabr 2018 12:32 (UTC +04:00)
Gəncədə silah-sursat tapılıb
Gəncədə qazıntılar zamanı silah-sursat tapılıb

Bakı. Trend:

Gəncədə silah-sursat tapılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, “102-Zəng Mərkəzi”nə müraciət edən Gəncə şəhər sakini S.Verdiyev yaşadığı Ə.Nəzmi küçəsindəki evin həyətində qazıntı işləri apararkən silah-sursat tapdığını bildirib.

Məlumatla əlaqədar dərhal Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Hadisə yerinə baxış zamanı 1 ədəd F-1, 1 ədəd RQ-42 və 1 ədəd DM-41 qumbarası, 2 ədəd UZRQM və 1 ədəd DM-41 markalı partladıcı, habelə 112 ədəd müxtəlif çaplı patron (paslanmış vəziyyətdə) tapılaraq ANAMA-nın əməkdaşlarına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti