...

Rusiyada 6.5 bal gücündə zəlzələ qeydə alınıb

Hadisə Materials 15 Noyabr 2018 02:29 (UTC +04:00)
Kamçatka sahillərində 6.5 bal gücündə zəlzələ qeydə alınıb.
Rusiyada 6.5 bal gücündə zəlzələ qeydə alınıb

Bakı. Tural Turan - Trend:

Kamçatka sahillərində 6.5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə bu gün yerli vaxtla səhər saatlarında baş verib. Zəlzələnin episentri 78 km Ust-Kamçatsk qəsəbəsindən cənubda, ocağı isə 76.2 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti