...

Astarada qonşusunun evindən pul, qızıl oğurlayan şəxs ələ keçdi (FOTO)

Hadisə Materials 15 Dekabr 2018 11:18 (UTC +04:00)
Astara rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tərdbirləri nəticəsində yaşayış evindən pul, qızıl və məişət əşyaları oğurlayan şəxs saxlanılıb.
Astarada qonşusunun evindən pul, qızıl oğurlayan şəxs ələ keçdi (FOTO)

Bakı. Samir Əli - Trend:

Astara rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tərdbirləri nəticəsində yaşayış evindən pul, qızıl və məişət əşyaları oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara şəhər sakini E.Ağazadə rayon Polis şöbəsinə müraciət edərək axşam saatlarında evdə olmadığı vaxt naməlum şəxs tərəfindən onun yaşadığı mənzildən 1 ədəd qızıl üzük, 90 manat pul və məişət əşyalarının oğurlandığını bildirib. Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törədən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Astara şəhər sakini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün RPŞ əməkdaşları tərəfindən saxlanılan Elşad Seyfullayev olduğu müəyyən edilib. Oğurlanmış əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlı bağlı Astara RPŞ-nin istintaq bölməsində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti