...

Əvvəlki dövrlərdən bağlı qalmış 45 cinayətin açılması təmin olunub

Hadisə Materials 21 Dekabr 2018 10:18 (UTC +04:00)
Dekabrın 20-dən 21-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 45 cinayətin açılması təmin olunub

Bakı. Samir Əli - Trend:

Dekabrın 20-dən 21-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 45 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti