...

Bakıda avtomobillə çıxıb itkin düşən kişi tapıldı

Hadisə Materials 24 Yanvar 2019 11:23 (UTC +04:00)
Yanvarın 19-da Bakı şəhər sakini R.Mirzəyevin itkin düşməsi barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət daxil olub.
Bakıda avtomobillə çıxıb itkin düşən kişi tapıldı

Bakı. Samir Əli - Trend:

Yanvarın 19-da Bakı şəhər sakini R.Mirzəyevin itkin düşməsi barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət daxil olub. Onun həmin gün saat 20 radələrində “Renault” markalı avtomobili ilə getdiyi bildirilib.

DİN Mətbut Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən həmin avtomobilin Bakı-Quba yolunda hərəkətdə olması müəyyən edilib.

Baş Dövlət Yol Polisi İdarəsi və 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mirzəyev “Renault” markalı avtomobillə Bakı-Quba yolunun 15-ci kilometrliyində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti