...

Sumqayıt, Lənkəran və Mingəçevir sakinlərindən silah-sursat götürülüb

Hadisə Materials 24 Yanvar 2019 18:59 (UTC +04:00)
Lənkəran və Sumqayıt sakinlərindən silah-sursat götürülüb
Sumqayıt, Lənkəran və Mingəçevir sakinlərindən silah-sursat götürülüb

Bakı. Trend:

Lənkəran və Sumqayıt sakinlərindən silah-sursat götürülüb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kotec qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Şiriyevdən nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng və 2 ədəd patron götürülüb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Cəfərovdan isə 1 ədəd qumbara və 1 ədəd nömrəsi silinmiş, qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şössesindən 1 ədəd “F-1”, 2 ədəd “RQD-5” markalı qumbaralar və 53 ədəd patron tapılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti