...

Göyçayda yol qəzası, 5 nəfər xəstəxanaya yerləşdirildi

Hadisə Materials 28 Yanvar 2019 11:34 (UTC +04:00)
Göyçay rayonunda yol qəzası baş verib.
Göyçayda yol qəzası, 5 nəfər xəstəxanaya yerləşdirildi

Bakı. Samir Əli - Trend:

Göyçay rayonunda yol qəzası baş verib.

Trend-in məlumatına görə, rayon ərazisində "VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Hadisə nəticəsində xəsarət alanlar - 1986-cı il təvəllüdlü Tağıyev Fəqan Məhəmməd oğlu, 1980-ci il təvəllüdlü Yusifov İmran Əlibaba oğlu, 1985-ci il təvəllüdlü Əliqəmbər Kövsərov, 1976-cı il təvəllüdlü Əliyev Elnur İsmət oğlu və 1993-cü il təvəllüdlü Əliyev İlkin Famil oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti