...

108 min manat mənimsəyən qadına şərti cəza verildi

Hadisə Materials 31 Yanvar 2019 15:49 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Əfsanə Rəhmanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
108 min manat mənimsəyən qadına şərti cəza verildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Əfsanə Rəhmanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Rəhmanovaya şərti cəza verilib.

İttihama görə, Ə.Rəhmanova "Modern" mebel şirkətinin Babək prospektində yerləşən "Green Wood" mağazasında satış meneceri işləyərkən mağazanın satış müdiri və menecer vəzifəsində çalışan Tural Gülüşovla birgə vəzifə səlahiyyətlərindən sui-istifadə edib şirkətə məxsus malları satıblar. Şirkətə vurulmuş ümumi ziyan 108 min manat məbləğində müəyyənləşdirilib. R.Əhmədova hamilə olduğu üçün onun cinayət işi ayrıca icraata verilib.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti