Bakı. Trend:
Xızı rayonunun Yaşma kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Trend-ə verilən məlumata görə, fevralın 6-da saat 16 radələrində Xızı rayonunun Yaşma kəndi ərazisində T.Cümşüdov idarə etdiyi “BMW” markalı avtomobillə yolun kənarı ilə gedən Yardımlı rayon sakini C.Nəcəfovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.