...

Bakıda "ASAN Xidmət" adı ilə dələduzluq edən dəstəyə hökm oxundu

Hadisə Materials 13 Fevral 2019 17:56 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşları "ASAN xidmət”də işə düzəltmək adı ilə dələduzluq etməkdə və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Nurəddin Quliyev, Zakir Məmmədov, Yasin Məmmədov və Ədalət Zaidovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bakıda "ASAN Xidmət" adı ilə dələduzluq edən dəstəyə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşları "ASAN xidmət”də işə düzəltmək adı ilə dələduzluq etməkdə və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Nurəddin Quliyev, Zakir Məmmədov, Yasin Məmmədov və Ədalət Zaidovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə, N.Quliyev 5 il, Z.Məmmədov 4 il 6 ay, Y.Məmmədov 6 il azadlıqdan məhrum edilib. Ə.Zaidova isə 1 il müddətinə sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsəsən, həmin şəxslər ötən il həbs edilib. Məlum olub ki, N.Quliyev "ASAN xidmət"in Sumqayıt filialında ştatdankənar mütəxəssis işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti