...

Qubada keçmiş məhkum adam bıçaqlayıb

Hadisə Materials 22 Fevral 2019 20:14 (UTC +04:00)
Qubada keçmiş məhkum adam bıçaqlayıb
Qubada keçmiş məhkum adam bıçaqlayıb

Bakı. Trend:

Qubada keçmiş məhkum adam bıçaqlayıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Quba rayon sakini Rafiq Əliməmmədovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Zakir Məmmədov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, R.Əliməmmədova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti