...

Yevlaxda yol qəzasında ölən sürücünün kimliyi müəyyənləşdirilir

Hadisə Materials 22 Fevral 2019 17:17 (UTC +04:00)
Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Yevlaxda yol qəzasında ölən sürücünün kimliyi müəyyənləşdirilir

Bakı. Trend:

Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, fevralın 21-də saat 23 radələrində Yevlax rayonu ərazisində şəxsiyyəti müəyyən edilməmiş sürücü idarə etdiyi “VAZ-21011” markalı avtomobili qarşıda gedən Gədəbəy rayon sakini S.Muxtarovun idarə etdiyi “Shacman” markalı avtomobilə vurub.

Nəticədə “VAZ-21011” markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti