...

Sabirabadda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı araşdırma aparılır

Hadisə Materials 24 Fevral 2019 16:01 (UTC +04:00)
Sabirabadda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı araşdırma aparılır
Sabirabadda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı araşdırma aparılır

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-dən Trend-ə verilən məlumata görə, fevralın 22-də saat 6 radələrində Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində Beyləqan rayon sakini K.Orucovun idarə etdiyi “Ford Transit” markalı mikroavtobusla Bakı şəhər sakini V.Şamilovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili toqquşub.

Nəticədə K.Orucovun sərnişinlərindən Beyləqan rayon sakini Fuad Şükürov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti