...

Ağcabədidə yolu keçən qadın piyadanı avtomobil vurub öldürdü

Hadisə Materials 5 Mart 2019 15:07 (UTC +04:00)
Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Ağcabədidə yolu keçən qadın piyadanı avtomobil vurub öldürdü

Bakı. Trend:

Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 4-də saat 19 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində Ağdam rayon sakini C.Allahverdiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakini S.Əsədovanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti