...

Bakıda silahlı şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 9 Mart 2019 10:05 (UTC +04:00)
Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat həyata keçirilib.
Bakıda silahlı şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Azər Cəfərzadə Təbriz küçəsində yerləşən parkın ərazisində polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaçan 1 ədəd “Revolver” tipli tapança və ona aid 2 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs silah-sursatı bir müddət əvvəl qəbristanlıqdan tapdığını və həmin gündən bəri polisə könüllü təhvil verməyərək üzərində daşıdığını bildirib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb. A.Cəfərzadə barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti