...

Ağcabədi sakinindən 6 kiloqram narkotik vasitə aşkarlanıb

Hadisə Materials 13 Mart 2019 10:45 (UTC +04:00)
Ağcabədi rayonunda polis əməkdaşları külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.
Ağcabədi sakinindən 6 kiloqram narkotik vasitə aşkarlanıb

Bakı. Trend:

Ağcabədi rayonunda polis əməkdaşları külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayət görə məhkum olunmuş İ.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları onun yaşadığı evdən əlavə olaraq çəkisi 6 kiloqram 100 qram marixuana aşkar edərək götürüblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti