...

Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 14 Mart 2019 11:58 (UTC +04:00)
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata görə, dənizdə (Sumqayıt şəhəri) batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışları başa çatıb.
Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb (YENİLƏNİB)

İlk xəbər saat 11:14-də yayılıb

Bakı. Trend:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata görə, dənizdə (Sumqayıt şəhəri) batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışları başa çatıb.

FHN-dən Trend-ə verilən məlumata görə, S.Vəlişovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

XXX

saat 11:14

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə dənizdə (Sumqayıt şəhəri) batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti