...

Göygöldə 42 yaşlı "bomj" yol kənarında öldü

Hadisə Materials 1 Aprel 2019 22:30 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Göygöl rayonunda yolun kənarında meyit tapılıb.

Trend-in xəbərinə görə, daxil olan məlumat əsasında aparılan araşdırmalar zamanı məlum olub ki, meyit Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 1, mənzil 12-də yaşayan, 1977-ci il təvəllüdlü Salahov Aqil Fəxrəddin oğluna məxsusdur.

Müəyyən edilib ki, A.Salahov uzun müddətdir spirtli içki qəbul edərək tüfeyli həyat tərzi keçirirmiş.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti