...

Şəki və Balakən sakinlərindən narkotik vasitələr götürülüb

Hadisə Materials 4 Aprel 2019 11:40 (UTC +04:00)
Şəki və Balakən sakinlərindən narkotik vasitələr götürülüb.
Şəki və Balakən sakinlərindən narkotik vasitələr götürülüb

Bakı. Trend:

Şəki və Balakən sakinlərindən narkotik vasitələr götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə saxlamaqda şübhəli bilinən rayonun Əlyar kənd sakini 24 yaşlı Sadiq Əhmədzadə saxlanılıb. Şəxsi axtarış keçirilən zaman onun üzərindən 320 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Qullar kənd sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Cəbrayıl Nastakalov saxlanılıb.

C.Nastakalovun üzərinə şəxsi axtarış keçirilən zaman 29,16 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti