...

Binəqədidə kafedə atəş açan şəxs saxlanılıb

Hadisə Materials 4 Aprel 2019 16:09 (UTC +04:00)
Binəqədidə kafedə atəş açan şəxs saxlanılıb.
Binəqədidə kafedə atəş açan şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Aprelin 3-də saat 19.30 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində yeləşən kafelərin birində ailə münaqişəsi zəminində mübahisə yaranıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Biləcəri qəsəbəsində yaşayan Elmar Quliyevin həyat yoldaşının ailə-məişət münasibətlərinin pozulması zəminində ata evinə qayıtması məsələsinə aydınlıq gətirilməsi üçün E.Quliyevi və onun yaxınlarını qayınatası Vəli Nəbiyev kafeyə dəvət edib. Görüş zamanı tərəflər arasında qarşılıqlı mübahisə yaranıb.

E.Quliyevin atası Elnur Quliyev üzərində olan “Ekolbotan” markalı, pnevmatik idman (səs) tapançası ilə atəş açıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılaraq E.Quliyev, onun atası və dostu, eləcə də V.Nəbiyevin qardaşı şübhəli şəxs qismində saxlanılıb, hadisə zamanı istifadə olunmuş idman tapançası aşkarlanaraq götürülüb.

Binəqədi RPİ-də istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti