...

DİN Binəqədidə kafedə insidentlə bağlı məlumat yayıb

Hadisə Materials 5 Aprel 2019 13:24 (UTC +04:00)
Binəqədidə kafedə baş verən insidentlə bağlı rəsmi məlumat yayılıb.
DİN Binəqədidə kafedə insidentlə bağlı məlumat yayıb

Bakı. Trend:

Binəqədidə kafedə baş verən insidentlə bağlı rəsmi məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat ximətindən Trend-ə verilən məlumata görə, aprelin 3-də saat 19 radələrində Binəqədi qəsəbəsi ərazisindəki kafelərin birində Bakı şəhər sakini Elmar Quliyev xuliqanlıq zəminində qayınatası Elçin Nəbiyevi döyüb, bu zaman hadisəyə müdaxilə etmiş orada olan Elmarın atası Elnur isə tapançadan havaya atəş açıb.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elmar və Elnur saxlanılıblar. Hadisə törədilərkən istifadə edilmiş “Ekolbotan” markalı pnevmatik tapança və 3 ədəd patron götürülüb.

Faktla əlaqədar Cinyət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti