Bakı. Trend:
Sumqayıtda taxta ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 85 m² olan birmərtəbəli taxta konstruksiyalardan ibarət evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.