...

Binəqədidə yataqxanada yanğın baş verib

Hadisə Materials 7 May 2019 22:48 (UTC +04:00)
Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən Dərnəgül-3 saylı yataqxanada yanğın baş verib
Binəqədidə yataqxanada yanğın baş verib

Bakı. Samir Əli - Trend:

Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən Dərnəgül-3 saylı yataqxanada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, yataqxanada yaşayış olmayıb. Hadisə beşmərtəbəli yataqxananın 4-cü mərtəbəsində qeydə alınıb.

Həmin mərtəbədə yığılmış zibil qalıqlarında yanğın baş verib.

Hadisə yerinə FHN-nin dövlət yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunub. Hadisə nəticəsində 5 kv.m. sahə yanıb.

FHN-nin yanğından mühafizə bölmələri tərəfindən yanğınnın qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti