...

Zaqatalada maşın aşdı - Ölən var

Hadisə Materials 7 İyun 2019 15:04 (UTC +04:00)
Zaqatala rayonunun Mosul kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Zaqatalada maşın aşdı - Ölən var

Bakı. Samir Əli - Trend:

Zaqatala rayonunun Mosul kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 6-da saat 14 radələrində Zaqatala rayonunun Mosul kəndi ərazisində Əliabad kənd sakini Ü.Əliyev idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildəki sərnişin Bəxtiyar Abbasov hadisə yerində ölüb, sürücüyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti