Bakı. Trend:
Salyan rayonu ərazisində iki nəfər Kür çayında çimərkən boğulub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.
Bildirilir ki, 21.06.2019-cu il tarixində Kür çayının Salyan rayonu, Aşağı Noxudlu kəndindən keçən hissəsində batan şəxslərdən birinin, 2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər şəxsin axtarışları davam etdirilir.