...

Azyaşlı ilə qadının intihara cəhdinin qarşısı alınıb

Hadisə Materials 24 İyun 2019 16:24 (UTC +04:00)
Nizami rayonunda intihara cəhd hadisəsi olub.
Azyaşlı ilə qadının intihara cəhdinin qarşısı alınıb

Bakı. Trend:

Nizami rayonunda intihara cəhd olub.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 2 nəfər (biri azyaşlı olmaqla) körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Hadisə yerinə cəld edilən Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri intihar cəhdinin qarşısını alaraq intihar etmək istəyən vətəndaşları körpünün təhlükəsiz hissəsinə keçiriblər. Xilasedicilər vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti