...

Lənkəran sakini Astarada 5 kq narkotiklə tutuldu

Hadisə Materials 25 İyun 2019 10:09 (UTC +04:00)
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Lənkəran sakini Astarada 5 kq narkotiklə tutuldu

Bakı. Trend:

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Lənkəran şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqadər məhkum olunmuş Azad Həsənov Astara rayonu ərazisində narkotik vasitə olan tiryəki satdıqdan sonra cinayət başında saxlanılıb. Polis əməkdaşları tərəfindən onun üzərinə və əlində daşıdığı sellafon torbaya keçirilən baxış zamanı 6 bükümdə ümumi çəkisi 5 kiloqram 300 qram narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti